Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universiteti ilə “Davam” Gənclər Hərəkatının əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı ilə görüşüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə qurumun ATU ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Təşkilatın sədri N.Allahyarlı “Davam” Gənclər Hərəkatının 44 günlük Vətən müharibəsi günlərində bir qrup təşəbbüskar gənc tərəfindən yaradıldığını bildirib. Qeyd edib ki, təşkilatın məqsədi ictimai-siyasi proseslərdə aktiv iştirak etmək, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, sosiallaşaraq böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir.
Hərəkatın mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzi ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək tələbələr arasında ideoloji işin təşkili, ictimai-siyasi həyatda fəal olan gənclərlə əlaqələrin qurulması və birgə fəaliyyət nəticəsində uğurlu işlərin görülməsini hədəfləyir.
ATU-nun rektoru, professor G.Gəraybəyli ilə görüşdə “Davam” Gənclər Hərəkatı ilə əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib. Hərəkatla ATU arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, tələbə təşkilatları ilə birgə fəaliyyətin perspektivlərinin müəyyən edilməsi kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Səhiyyə 2021-05-16 15:40:00