“Azərpoçt” bayram günlərində vətəndaşlara xidmət göstərəcək
Bakı, 9 may, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 9 May – Qələbə Günü və Ramazan Bayramı günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.
MMC-dən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində yerləşən Mərkəzi Poçt Şöbəsi, 1 saylı poçt filialının 1,7,10,33, 2 saylı poçt filialının 9, 17, 73, 102, 111, 117, 122, 138 3 saylı poçt filialının 2(MXŞ), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 44, 45, 77, 89, 90, 156, 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 6 saylı poçt filialının 72(MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 124, 130 saylı poçt şöbələri eləcə də regionlardakı mərkəzi xidmət şöbələri saat 10.00-dan 17.00-dək işləyəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb