×
A
A
A
Sazlamalar

“Çəkməli pişik” tamaşası onlayn göstəriləcək

Bakı, 1 mart, AZƏRTAC

Martın 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur. Xüdbinlik, lovğalıq və yalançılığın komik oyun üslubu ilə tənqid olunduğu tamaşada Qoca dəyirmançının kiçik oğluna miras kimi qalan pişiyi və onun sayəsində sahibinin zəfərləri ön plana çıxarılır.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.

Teatr və kino 2021-03-01 15:11:00