×
A
A
A
Sazlamalar

976,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib

Bakı, 23 yanvar, AZƏRTAC 

Ölkədə 2021-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci il dekabrın 24-ü vəziyyətinə 976,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Səpin aparılmış sahənin 98,5 faizini və yaxud 962,4 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 594,9 min hektarı buğda, 367,2 min hektarı arpa, 0,3 min hektarı isə çovdar əkinlərinin payına düşür. 2019-cu ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,8 faiz, o cümlədən buğdanın səpin sahəsi 7,2 faiz, arpanın səpin sahəsi 0,6 faiz, çovdarın səpin sahəsi 21,1 faiz azalıb.

Kənd təsərrüfatı 2021-01-23 12:27:00