×
A
A
A
Sazlamalar

Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib

Bakı, 23 yanvar, AZƏRTAC 

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2020-ci ildə dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 955,4 min hektar əkin sahəsindən 2 milyon 935,2 min ton və ya 2019-cu illə müqayisədə 9,8 faiz az məhsul götürülüb. Orta hesabla hər hektardan 30,7 sentner məhsul yığılıb.
Bundan əlavə, 33,7 min hektar dən üçün qarğıdalı sahəsindən 321,9 min ton və ya 2019-cu ilə nisbətən 13,5 faiz çox məhsul toplanıb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 257,1 min ton olub.

 

Kənd təsərrüfatı 2021-01-23 11:24:00