Astarada mal-qaranın cins tərkibi yaxşılaşdırılır
Astara, 22 yanvar, Bağır Əliyev, AZƏRTAC
Heyvandarlıq Astara rayonunda kənd təsərrüfatının əsas sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etmələrinə marağı daha da artırıb.
Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, hazırda rayonda 5 əsas süni mayalama məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 1974 baş inək və düyədən 937 baş buzov alınıb.
Qeyd edək ki, hazırda Astara rayonunun heyvandarlıq təsərrüfatlarında 40 min 96 baş iribuynuzlu mal-qara saxlanılır. Bunların da əksəriyyəti süni mayalanma üsulu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb