×
A
A
A
Sazlamalar

Keçən il əsas kapitala yönəldilmiş vəsaitin 195,2 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib

Bakı, 22 yanvar, AZƏRTAC

Ötən il əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,1 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, 2020-ci ildə əsas kapitala yönəldilmiş vəsaitin 195,2 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 178,3 milyon manatı rabitənin payına düşüb. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 64,4 faiz az olub.

 

İKT 2021-01-22 13:41:00