×
A
A
A
Sazlamalar

Diri çəkidə ət istehsalı artıb

 Bakı, 21 yanvar, AZƏRTAC 

2020-ci ildə diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 591,1 min ton olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində süd istehsalı 1,9 faiz artaraq 2 milyon 192,5 min ton, yumurta istehsalı 4,3 faiz artaraq 1 milyard 906,2 milyon ədəd, yun istehsalı 0,2 faiz artaraq 16,1 min ton təşkil edib. Barama istehsalı isə 30,6 faiz azalaraq 446,6 ton olub.

Kənd təsərrüfatı 2021-01-21 13:23:00