×
A
A
A
Sazlamalar

“Şəhərin qış gecələri” tamaşası onlayn göstəriləcək

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı ən yeni tamaşalardan olan “Şəhərin qış gecələri” adlı tamaşa yanvarın 19-da saat 18:00-da sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə nümayiş ediləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.
Səhnə əsərində sənət ocağının tanınmış aktyorları çıxış edəcək.

Teatr və kino 2021-01-18 11:37:00