×
A
A
A
Sazlamalar

“Santa Barbara” serialının qəhrəmanı vəfat edib

Bakı, 15 yanvar, AZƏRTAC

Məşhur “Santa Barbara” teleserialında Sisi Kepvell rolunu oynayan amerikalı aktyor Piter Mark Riçman ömrünün 94-cü ilində vəfat edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.
Piter Mark Riçman 1927-ci ildə ABŞ-ın Filadelfiya ştatında dünyaya gəlib. Aktyor “Qara səhləb çiçəyi” (1958), “Çılpaq tapança 2 1/2: Qorxu ətri (1991) ekran əsərlərində, həmçinin “Sülalə” (1981-1989), “Beverli Hillz 90210” (1990-2000) və “Santa Barbara” (1984-1993) seriallarında çəkilib.

Teatr və kino 2021-01-15 17:26:00