“İnnovasiya həftəsi” çərçivəsində “DevopsDays Baku” tədbiri təşkil olunub
Bakı, 21 dekabr, AZƏRTAC
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Bakıda növbəti “DevopsDays Baku” – Bakıda proqramçılar və sistem administratorları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq nəticəsində yaradılan tətbiqi proqramların hazırlanması prosesi günləri” onlayn tədbiri keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda ikinci dəfə keçirilən tədbirdə həm texniki, həm də qeyri-texniki mövzulara, o cümlədən proqram təminatının inkişafı, IT infrastrukturunun ən aktual məsələlərinə toxunulub, yerli və xarici spikerlər tərəfindən bilik və təcrübələr paylaşılıb.
ABŞ, Peru, Türkiyə, Hollandiya və digər ölkələrdən spikerlər “Uber”, “Amazon” və “Google” kimi şirkətlərdəki təcrübələri haqqında iştirakçılara məlumat veriblər. “DevopsDays” proqram təminatı, IT infrastruktur əməliyyatları və bu sahələri əhatə edən mövzuları özündə əks etdirən dünya miqyaslı texniki konfransdır.
Bu il COVID-19 pandemiyası ilə əlaqədar onlayn rejimdə keçirilən beynəlxalq tədbir ilk dəfə 2009-cu ildə Belçikanın Gent şəhərində təşkil olunub. “DevopsDays” Azərbaycanda 2019-cu ildən keçirilir. Həm yerli, həm də xarici spikerlərin çıxış etdiyi tədbirin təşkilatçıları “SUP.VC” Akselerasiya Mərkəzi və “PAŞA Bank” olub.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb