×
A
A
A
Sazlamalar

® “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in səkkizdəbir final oyunları başa çatır

Ölkədə gənc nəslin inkişafına hər zaman xüsusi önəm verən “Nar”ın dəstəyi ilə “Breyn Rinq” intellektual bilik yarışının 16-cı mövsümü davam edir. Dekabrın 11-də saat 22:00-da İctimai Televiziyada yayımlanacaq buraxılışda “Norm Sement” və “Xızı” komandaları səkkizdəbir final oyunlarının son yarışında mübarizə aparacaq. 

Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışır. Bundan başqa, yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVID-19 testindən keçməlidir.
Qeyd edək ki, bu mövsümdə yarışa qoşulmuş 16 komanda “Bilik” kuboku uğrunda mübarizə aparır. Yarışı hər həftənin cümə günü saat 22:00-da İctimai Televiziyada izləmək mümkündür.
“Nar”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə buradan tanış ola bilərsiniz.

İKT 2020-12-11 18:10:00