×
A
A
A
Sazlamalar

® “iPhone 12 Pro Max” və “iPhone 12 Mini” “Azercell Eksklüziv” mağazalarında

Lider mobil operator “iPhone” pərəstişkarları üçün yeni kampaniya təqdim edir

“Azercell Telekom” MMC noyabr ayının 20-dən etibarən “Azercell Eksklüziv” mağazalarında “iPhone 12 Pro Max” və “iPhone 12 Mini” telefonlarının satışına başlayıb. Lider mobil operator internetin inanılmaz sürətini dünyanın ən güclü performansına malik smartfonları vasitəsilə hiss etmək imkanı yaradıb. “Apple” brendi ilə birgə əməkdaşlıqda abunəçilərini növbəti kampaniya ilə sevindirən “Azercell” “iPhone” smartfonlarının yeni modellərini alan hər bir abunəçiyə 3 ay ərzində hər ay 50 GB həcmində internet paket hədiyyə edir.
Xatırladaq ki, Azərbaycanda “Apple” şirkətinin yeganə rəsmi telekom tərəfdaşı olan “Azercell” noyabrın 6-dan etibarən eyni şərtlərlə “iPhone 12” və “iPhone 12 Pro” telefonlarının da satışına başlayıb.
Yeni “iPhone” smartfonlarının açdığı sərhədsiz imkanları “Azercell” ilə kəşf edin.
Əlavə məlumat üçün “https://www.azercell.com/az/ səhifəsinə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi "Azercell"i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 99,2 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, "Azercell Ekspres" ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. "Azercell"in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell"in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. "Azercell" ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib.

İKT 2020-11-26 18:29:00