×
A
A
A
Sazlamalar

Lənkəranda heyvandarlıq məhsullarının istehsalı artıb

Lənkəran, 31 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunda heyvandarlıq məhsullarının istehsalı sahəsində dinamik inkişaf davam etməkdədir. Bu ilin doqquz ayı ərzində rayonda bütün təsərrüfatlar üzrə diri çəkidə 4765 ton ət, 25638,5 ton süd və 15039,0 min ədəd yumurta, 40 ton yun istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,2, süd istehsalı 0,9, yumurta istehsalı 1,8, yun istehsalı 1,5 faiz artıb. Bundan başqa, rayonda 6199 kiloqram barama istehsal olunub.
Bu barədə Lənkəran Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, bu müddətə rayonda 52991 baş iribuynuzlu mal-qara, o cümlədən 24326 baş inək və camış qeydə alınıb. Ötən ilin müvafiq dövrünə nisbətən qoyun və keçilərin sayı 23439 baş olmaqla, 30 baş və ya 0,1 faiz artıb.
Doqquz ayda rayonun quşçuluq müəssisәlәrindә diri çәkidә 148,0 ton (ötən il 126,2 ton) quş әti vә 163,0 min әdәd yumurta istehsal olunub.

Kənd təsərrüfatı 2020-10-31 12:05:00