×
A
A
A
Sazlamalar

Göyçayda payızlıq taxıl əkininə 120-dək traktor, 65-dən çox səpin aqreqatı cəlb olunub

Göyçay, 30 oktyabr, AZƏRTAC

Göyçay rayonunda payızlıq taxıl əkini davam edir və bu mühüm kampaniyaya 120-dək traktor, 65-dən çox səpin aqreqatı cəlb olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 14 min hektarda payızlıq taxıl əkini nəzərdə tutulub. Hələlik 1130 hektarda səpin aparılıb ki, bunun da 2380 hektarı arpa, 750 hektarı buğdadır. Hazırda payızlıq əkin iri taxılçılıq təsərrüfatları olan Qaraməryəm, Şəkər, İncə, Alpout və bir sıra digər ərazi dairələrində daha mütəşəkkil aparılır.
Rayonda son günlər bu mühüm kampaniyanın başa çatdırılması üçün ciddi səy göstərilir.

Kənd təsərrüfatı 2020-10-30 10:28:00