×
A
A
A
Sazlamalar

Astarada indiyədək 231,5 hektarda payızlıq əkin aparılıb

Astara, 28 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunun təsərrüfatlarında payızlıq əkinlər davam etdirilir.
Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, bu il rayonda 350 hektarda payızlıq əkinlər aparılacaq. İndiyədək 231,5 hektarda payızlıq əkinlər aparılıb. Bunun 43,9 hektarı buğda, 25 hektarı arpa, 2 hektarı vələmir, 50,8 hektarı kələm və 109,8 hektarı yonca bitkisidir.
Əkin kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər maşın və mexanizm, canlı qüvvə cəlb edilib.
Lənkəran “Aqroservis” ASC tərəfindən rayonun fermerləri və məhsul istehsalçıları bu il kifayət qədər gübrə ilə təmin olunublar.

 

Kənd təsərrüfatı 2020-10-28 12:37:00