×
A
A
A
Sazlamalar

“Zəng” tamaşası onlayn nümayiş olunacaq

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkədəki səhifələrində “Zəng” tamaşasını nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, böyüklər üçün hazırlanan “Zəng” tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.
Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
Quruluşçu rəssamı Rəvanə Yaqubova olan musiqi tərtibatlı tamaşa dəfələrlə beynəlxalq festivallarda qalib olub.

Teatr və kino 2020-10-26 10:48:00