×
A
A
A
Sazlamalar

Şəkidə indiyədək 14,6 min hektar sahədə payızlıq səpin aparılıb

Şəki, 23 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 8 min 145 hektarı arpa, 6 min 485 hektarı buğda olmaqla, 14 min 630 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, rayonda növbəti ilin məhsulu üçün 43,5 min hektar sahəyə buğda, 21,5 min hektara isə arpa səpilməsi nəzərdə tutulur. Bu məqsədlə indiyədək təsərrüfatlarda 48 min 320 hektar sahədə şum qaldırılıb. Səpin kampaniyasına 133 ədəd şum traktoru, 92 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.

Kənd təsərrüfatı 2020-10-23 12:15:00