×
A
A
A
Sazlamalar

Kәnd tәsәrrüfatı məhsullarının istehsalı 1,5 faiz artıb

Bakı, 23 oktyabr, AZƏRTAC 

Yanvar-sentyabr ayları üzrә kәnd tәsәrrüfatının ümumi mәhsulunun faktiki qiymәtlәrlә dәyәri 6 milyard 835,1 milyon manat tәşkil edib ki, onun da 3 milyard 230,4 milyon manatı heyvandarlıq, 3 milyard 604,7 milyon manatı isә bitkiçilik mәhsullarının payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilә müqayisәdә kәnd tәsәrrüfatı məhsullarının istehsalı 1,5 faiz, o cümlәdәn heyvandarlıq mәhsulları üzrә 3,1 faiz, bitkiçilik mәhsulları üzrә isә 0,1 faiz artım olub.

Kənd təsərrüfatı 2020-10-23 11:35:00