×
A
A
A
Sazlamalar

Biləsuvarda bostan sahəsinin hər hektarından 133 sentner məhsul yığılıb

Biləsuvar, 22 oktyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda bostan məhsulları (qarpız-yemiş) yığımı başa çatıb. Məhsul istehsalçıları əkdikləri 68.5 hektar bostan sahəsindən indiyədək 911 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 133 sentner olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, biləsuvarlı əkinçilər bu mövsüm 68.5 hektar sahədə bostan bitkiləri əkiblər ki, bunun da 40.5 hektarını qarpız, 28 hektarını isə yemiş sahəsi təşkil edib. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda gözlənildiyindən də çox məhsul yetişib. Fermerlər indiyədək becərdikləri 40.5 qarpız sahəsindən 540 ton, 28 hektar yemiş sahəsindən isə 371 ton yemiş toplayıblar. Qarpız sahəsinin hər hektarının məhsuldarlığı 133.3, yemiş sahəsininki isə 132.6 sentner olub.
Tədarük olunan məhsul əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.

Kənd təsərrüfatı 2020-10-22 11:57:00