×
A
A
A
Sazlamalar

Ağcabədi pambıqçıları hər gün tarlalardan min tondan çox məhsul toplayırlar

Ağcabədi, 21 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı bölmələrinin Ağcabədi rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, kənd təsərrüfatı işləri, o cümlədən pambıq yığımı davam etdirilir. Tarlalardan hər gün min tondan çox məhsul toplanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə rayonda 4200 hektarı “Azərpambıq” MMC, 5069,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 10 min 689,2 hektar sahədə pambıq becərilib. Ağcabədi pambıqçıları bu günədək sahələrdən 15 min 124,32 ton məhsul yığıblar.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.

Kənd təsərrüfatı 2020-10-21 11:36:00