×
A
A
A
Sazlamalar

Doqquz ayda inək və camışların sayında artım olub

Bakı, 19 oktyabr, AZƏRTAC 

Cari il oktyabrın 1-i vәziyyәtinә ölkә üzrә 2 milyon 665 min baş iribuynuzlu mal-qara (o cümlәdәn 1 milyon 286,7 min baş inәk vә camış), 8 milyon 308,6 min baş qoyun vә keçi mövcud olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qoyun vә keçilәrin sayı 143,3 min baş (1,7 faiz) azalıb.
İribuynuzlu mal-qaranın ümumi sayında da 4,4 min baş (0,2 faiz) azalma müşahidә olunsa da, inәk vә camışların sayı 2,7 min baş (0,2 faiz) artıb.

Kənd təsərrüfatı 2020-10-19 12:47:00