×
A
A
A
Sazlamalar

Yaqut Qarayeva: Bəzi hallarda yaralı hərbi qulluqçulara, əsgərlərə zirzəmilərdə tibbi yardım göstərilir

Bakı, 16 oktyabr, AZƏRTAC 

Hazırda düşmən atəşi altında işləyən xəstəxanalar var. Bəzi hallarda yaralı hərbi qulluqçulara, əsgərlərə zirzəmilərdə tibbi yardım göstərilir. Ağdam, Tərtər, Füzuli, Beyləqan rayonlarını nümunə göstərə bilərəm.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.

Səhiyyə 2020-10-16 12:15:00