×
A
A
A
Sazlamalar

Göyçayda doqquz ayda 6 min tona yaxın ət istehsal olunub

Göyçay, 15 oktyabr, AZƏRTAC

Göyçayda cari ilin doqquz ayında heyvandarlıq məhsulları istehsalı üzrə bir sıra göstəricilər uğurlu olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, süd istisna olmaqla, heyvandarlıq məhsulları üzrə qalan göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, diri çəkidə ət istehsalı 89,2 ton çoxalaraq 5982,2 ton olub. Habelə, yumurta istehsalı 2 milyon 642 min ədəd artıb və 18 milyon 790 min ədədə çatıb. Yun istehsalı da 4 ton artaraq 124 ton təşkil edib. Doqquz ayda rayonda 15 min 781,2 ton süd istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 42,9 ton azdır.

Kənd təsərrüfatı 2020-10-15 17:20:00