×
A
A
A
Sazlamalar

Ordumuzun zəfərlərini tərənnüm etmək məqsədilə məktəblilər və tələbələr üçün təlimlər keçiriləcək

Bakı, 8 oktyabr, AZƏRTAC 

Ordumuzun zəfərlərini tərənnüm etmək məqsədilə məktəblilər və tələbələr üçün təlimlər keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun işğalçı və təcavüzkar Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı apardığı əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlar bizi hər gün qələbəyə daha da yaxınlaşdırır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT LAB Tətbiq və Tədris Mərkəzinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə Şanlı Ordumuzun zəfərlərini tərənnüm etmək məqsədilə məktəblilər və tələbələr üçün "AREA Mən Pilotam", "AREA Helikopter Mühəndisliyi", "AREA Robotexnika" təlimləri keçiriləcək.
Oktyabrın 18-nə qədər qeydiyyatdan keçən hər kəs təlimlərdə tam ödənişsiz iştirak edə bilər. İlk ay nəzəri biliklərin öyrənilməsi onlayn rejimdə keçiriləcək. Sonrakı aylarda mərkəzdə praktiki dərslər təşkil olunacaq.
Proqramlar:
Mən Pilotam – https://www.robot.org.az/i-am-pilot-drone 
Helikopter Mühəndisliyi – https://www.robot.org.az/helicopter 
Robotexnika – https://www.robot.org.az/robotexnika-1 
Oktyabrın 18-dək ödənişsiz qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun.
https://forms.gle/ZbLDrU3nUpX4W9Uv6 
Ətraflı: +99470 256 64 66.

İKT 2020-10-08 16:10:00