×
A
A
A
Sazlamalar

İmişlidə tərəvəz sahələrinin hər hektarından 125 sentnerdən çox məhsul götürülür

İmişli, 7 oktyabr, Mahir Babayev, AZƏRTAC

İmişlili fermerlər cari ilin məhsulu üçün erkən yazda 164 hektardan çox sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə məhsul bol olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm imişlili əkinçilər 164.4 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, sahələrdə yetişmiş məhsulun yığımı aparılır və bu günədək 2 min 57.2 ton tərəvəz tədarük edilib. Hər hektarın məhsuldarlığı 125 sentner olub. Yığılan məhsulun 430 tonunu xiyar, 748.4 tonunu pomidor, 58.9 tonunu badımcan, 145.3 tonunu soğan, 101.1 tonunu sarımsaq, 125.8 tonunu kələm, 16.5 tonunu bibər, 38.6 tonunu yerkökü, 67.6 tonunu süfrə çuğunduru ,997.7 tonunu şəkər çuğunduru, 241.5 tonunu isə sair tərəvəz təşkil edib.
Rayonda tərəvəz yığımı davam edir. Əkinçilər gün ərzində 5-10 hektar sahənin məhsulunu yığırlar.

Kənd təsərrüfatı 2020-10-07 12:09:00