×
A
A
A
Sazlamalar

“Warner Bros” kino studiyası istehsal etdiyi filmlərin premyera vaxtını dəyişib

Bakı, 6 oktyabr, AZƏRTAC

ABŞ-ın “Warner Bros” kino studiyası “Yarasa adam” (The Batman) bədii filminin premyerasını təxirə salıb.
AZƏRTAC TASS agentliyin istinadla xəbər verir ki, rejissoru Mett Rivza və baş rolda Robert Pattinsonun çəkildiyi filmin ilk nümayişi 2022-ci ilin martın 4-nə təyin olunub.
Məlumatda, həmçinin qeyd olunub ki, şirkətin istehsal etdiyi “Fləş” (The Flash) və “Şazam 2” (Shazam 2) ekran əsərlərinin də nümayiş vaxtı dəyişilərək 2022-ci ilin noyabrın 4-nə və 2023-cü ilin iyunun 2-nə keçirilib.
Bildirilib ki, Rejissor Lana Vaçovskinin ekranlaşdırdığı Matriks 4 (Matrix 4) filmin nümayişi nəzərdə tutulan vaxtdan bir qədər tez - 2021-ci ilin dekabrın 22-də olacaq. “Qarada Adam” (Black Adam) və “Maynkraft” (Minecraft) filmləri isə ümumiyyətlə şirkətin premyera təqvimindən silinib.

 

Teatr və kino 2020-10-06 17:56:00