×
A
A
A
Sazlamalar

Salyanda sahələrdən 33 min tondan çox tərəvəz yığılıb

Salyan, 1 oktyabr Mahir Babayev, AZƏRTAC

Salyanda tərəvəz yığımı davam edir. Məhsul istehsalçıları erkən yazda əkdikləri 1385.4 hektar tərəvəz sahəsindən bu günədək 33 min tondan çox məhsul toplayıblar.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu mövsüm salyanlı fermerlər 1385.4 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə gözlənildiyindən də çox məhsul yetişib. Xeyli vaxtdır ki, əkinçilər yetişdirdikləri məhsulun yığımını aparırlar.
Artıq əkilmiş tərəvəz sahələrindən indiyədək 33 min 900.2 ton məhsul yığıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 min 405.8 ton çoxdur. Hər hektarın məhsuldarlığı 244.7 sentnerə çatır.
Tədarük olunan məhsulun 1946 tonunu bibər, 613.8 tonunu badımcan, 390.2 tonunu kələm, 4 min 673.1 tonunu xiyar, 26 min 697.3 tonunu pomidor, 152.2 tonunu sarımsaq, 552 tonunu soğan, 281.7 tonunu isə sair tərəvəz təşkil edir.
Qeyd edək ki, tədarük olunan xiyarın 775.5 tonu, pomidorun isə 17 min 870.2 tonu rayonda mövcud olan 453 istixana kompleksindən yığılıb.

Kənd təsərrüfatı 2020-10-01 12:43:00