×
A
A
A
Sazlamalar

Kәnd tәsәrrüfatı məhsullarının istehsalı 1,9 faiz artıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Bu ilin 8 ayında kәnd tәsәrrüfatının ümumi mәhsulunun faktiki qiymәtlәrlә dәyәri 5 milyard 722,1 milyon manat tәşkil edib ki, onun da 2 milyard 799 milyon manatı heyvandarlıq, 2 milyard 923,1 milyon manatı isә bitkiçilik mәhsullarının payına düşür.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilә müqayisәdә kәnd tәsәrrüfatı məhsullarının istehsalı 1,9 faiz, o cümlәdәn heyvandarlıq mәhsulları 3,2 faiz, bitkiçilik mәhsulları isә 0,6 faiz artıb.

Kənd təsərrüfatı 2020-09-22 11:38:00