×
A
A
A
Sazlamalar

Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Oğuz rayonu Tərkeş kəndində heyvanların tələf olması ilə bağlı Aqrar Xidmətlər Agentliyinə (AXA) müraciət daxil olub. Aqrar Xidmətlər Agentliyinin nümayəndələri operativ reaksiya verərək hadisə baş verən təsərrüfatda olub, baytar mütəxəssisləri təsərrüfata baxış keçiriblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölmüş heyvanların daxili orqanlarından və möhtəviyyatından, ərazidəki ot bitkilərindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına göndərilib. Heyvanlara ilkin baytarlıq yardımından sonra zəhərlənmənin qarşısı alınıb. Təsərrüfat sahiblərinə heyvanların saxlanılması və bəslənilməsinə dair tövsiyələr verilib.
Hazırda zəhərlənmiş heyvanların müalicəsi davam etdirilir. Yerli baytar mütəxəssislər təsərrüfatda vəziyyəti nəzarətdə saxlayırlar.

Kənd təsərrüfatı 2020-09-19 15:00:00