×
A
A
A
Sazlamalar

Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Sumqayıtda şəhər sakinlərinə maska paylayıblar

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 14-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Sumqayıt şəhər bölməsində olmuş, şəhərin müxtəlif yerlərində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar maarifləndirmə tədbiri aparıblar.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı bölmənin əməkdaşları könüllülərlə birlikdə gənclik şəhərinin sakinlərinə COVID-19-la əlaqədar buklet və broşürlər, həmçinin İran klinikası tərəfindən cəmiyyətə hədiyyə edilmiş tibbi maskalar paylayıblar.
Maarifləndirmə tədbiri davam etdiriləcək.

Səhiyyə 2020-08-14 16:46:00