×
A
A
A
Sazlamalar

Qobustanda yay şumuna 100-dən çox texnika cəlb olunub

Qobustan, 12 avqust, AZƏRTAC

Qobustan rayonunda payızlıq əkinlər üçün zəruri olan yay şumu çıxarılır və bu iş üçün 100-dən çox texnika cəlb olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq 14 min hektarda şum qaldırılıb. Bu da ötən ilin müvafiq dövründəkindən 1000 hektar çoxdur. Hər yerdə bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə görülməsi ciddi diqqət mərkəzində saxlanılır. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Ərəbqədim, Təklə, Cəmcəmli, Dərəkənd kənd, Qobustan şəhər ərazi dairələrində yay şumunun çıxarılması daha mütəşəkkil təşkil olunub.
Qeyd edək ki, carı ildə rayonda 30 min hektarda payızlıq əkin aparılacağı gözlənilir.

Kənd təsərrüfatı 2020-08-12 13:05:00