×
A
A
A
Sazlamalar

Azərbaycanda koronavirus infeksiyasından daha 492 nəfər sağalıb, 193 yoluxma faktı qeydə alınıb

Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 492 nəfər sağalıb, 193 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 33 min 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 28 min 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib. Aktiv xəstə sayı 3787 nəfərdir.
Ötən müddət ərzində 759 min 129 test aparılıb. Bugünkü test sayı isə 7883-dür.

Səhiyyə 2020-08-05 16:10:00