×
A
A
A
Sazlamalar

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alanların sayı azalıb

Bakı, 3 avqust, AZƏRTAC 

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 259 nəfərdir. Avqustun 2-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 272 nəfər idi.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib
Xəstələrdən 62 nəfər süni tənəffüs cihazına qoşulub. Ötən gün də bu say 62-yə bərabər idi. Hazırda ölkəmizdə 4456 aktiv koronavirus xəstəsi var. Avqustun 2-də isə aktiv xəstə sayı 4868-ə bərabər idi.

Səhiyyə 2020-08-03 23:28:00