×
A
A
A
Sazlamalar

Türkiyədə COVID-19-un müalicəsində istifadə olunacaq dərmanın istehsalına icazə verilib

İstanbul, 11 iyul, AZƏRTAC

Türkiyədə koronavirusun müalicəsində istifadə olunacaq dərmanın istehsalına icazə verilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyinin siyahısında olan dərmanın adı “Favira 200 mg həbi”dir
Səhiyyə naziri Fahrettin Koca bildirib ki, türk mütəxəssislər tərəfindən hazırlanan dərman koronavirus xəstələrinin müalicəsində istifadə olunub və müsbət nəticələr əldə edilib. Bu səbəbdən dərmanın Türkiyədə istehsalına icazə verilib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul 

 

Səhiyyə 2020-07-11 13:33:00