×
A
A
A
Sazlamalar

İnvestorların startaplarda axtardığı 6 amil hansılardır?

Bakı, 29 iyun, AZƏRTAC

İnvestorlar güclü komandaya, aydın mövqeyə, qərar qəbuletmə, risk və böhranın idarə edilməsi və idarəçiyə xas digər bacarıqları olan startaplara daha çox maraq göstərirlər.
AZƏRTAC bununla bağlı İnnovasiyalar Agentliyinin tövsiyələrini təqdim edir.

Güclü menecment və komanda
Startapın uğuru birbaşa möhkəm, çalışqan və menecmenti güclü olan komandadan asılıdır. İnvestorlar birlikdə işləməyi bacaran və fikirlərini qarşılıqlı çatdıra bilən bir komandanın arxasında durmaq istəyirlər. Komandanızla birlikdə biznes konfranslara, görüşlərə gedin, əlaqələrinizi genişləndirin. Yaxşı tərəfdən tanınan, nüfuzlu komanda olmağınız da investorların rəğbətini qazandıra bilər.

Bazar ölçüsü və ümumi bazar
İnvestisiyalardan gəlir əldə etmək üçün investorlar adətən böyük bazarda ən yüksək potensial və qazanc təklif edən məhsul və ya xidmətlərə üstünlük verirlər. Məhsul və ya servisinizin həqiqətən bazar tələbinə uyğun olduğuna və tələbatı ödədiyinə əmin olun.

Hərəkət
İnvestorlar startapların erkən məhsul istehsalına başladıqlarını və müştəriləri cəlb etmək bacarıqlarının olduğunu görməyi sevirlər. Fikir gözəl olar bilər, lakin hərəkət və tərəqqi mütləqdir.

Güclü və aydın mövqe
Güclü mövqe motivasiya və əzminiz üçün bitməz qaynaqdır. Startapçı məqsədini və gördüyü işi bilməli, gələcək addımlarından əmin olmalıdır.

Monetizasiya (gəlir) strategiyası
İnvestorlar startapın gəlir əldə etmə, layihələrini maliyyələşdirmə, biznes qiymətləndirilməsi və lazım gəldikdə çıxış strategiyası (exit strategy) haqqında planlarını tam olaraq bilmək istəyirlər.

İlkin investisiya
Heç kəs rəqs meydançasında birinci rəqs edən olmaq istəmir. Startapın digər şəxslər tərəfindən dəstəkləndiyini görmək investorları sərmayə qoymağa cəsarətləndirər.

 

İKT 2020-06-29 12:00:00