Kazinoda oynama, vergidən azad ol
Bakı, 28 iyun, AZƏRTAC
Kazinoda oynama, vergidən azad ol. Vergi ödənişi ilə bağlı bu maraqlı metod Monako knyazlığında tətbiq edilir. Knyazlığın ərazisində yerləşən Monte-Karlo şəhəri öz kazinoları ilə məşhurdur.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Monte-Karlo kazinolarında yalnız əcnəbi vətəndaşlar oynaya bilərlər. Bu barədə qərar hələ XIX əsrdə, şəhərdə oyun sənayesinin inkişaf etdirilməsi planlaşdırılarkən qəbul olunub. Yerli sakinlər isə kompensasiya kimi gəlir vergisi ödəməkdən azad ediliblər.
Baham adalarındakı kazinolarda da oxşar qadağa tətbiq olunub. Bu qərarı qəbul edənlər həm də öz vətəndaşlarının mənafelərini düşünüblər.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib