×
A
A
A
Sazlamalar

İranın Hir çayı üzərində turistlər üçün şüşədən körpü tikilib

Ərdəbil, 18 iyun, AZƏRTAC

İranın Ərdəbil vilayətinin Sərcəm bölgəsi turistlərin ən çox ziyarət etdiyi məkanlarından biridir.
AZƏRTAC xəbər verir ki, turistlərin regiona cəlb edilməsi üçün Hir çayı üzərində şüşədən körpü tikilib. Hir asma körpü turistlərin böyük marağına səbəb olub. Çayın üzərindən təxminən 200 metr hündürlükdə olan asma körpünün üzərində dayananlar gözəl təbiəti seyr edə bilirlər.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Ərdəbil

Bu maraqlıdır 2020-06-18 06:01:00