® “Azercell” uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib
Artıq “NNTV Kids” ilə dünyanın ən populyar uşaq kanallarını izləmək olar
“Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yeni xidməti təqdim edib. “NNTV Mobil TV” xidmətində yeni “Kids” (“Uşaqlar”) paketi istifadəyə verilib. Fakturalı və fakturasız xətt abunəçiləri tətbiqdə dünyanın ən sevilən və populyar uşaq TV proqramlarını izləyə biləcəklər.
“NNTV Kids” paketində “Disney”, “Boomerang”, “Cartoon Network”, “Nickelodeon HD”, “TRT Cocuk”, “Detskiy mir”, “Karusel”, “Discovery Channel HD” kimi ən məşhur kanallara baxmaq olar. Paketə daxil edilən kanalların müxtəlifliyi uşaqların həm əylənməsi, həm də maariflənməsinə imkan verir.
“NNTV Kids”ə qoşulmaq üçün telefonun ekranında sadəcə *425#YES yığmaq və ya “K” açar sözünü 4040 qısa nömrəsinə göndərmək kifayətdir. Xidmətə birinci dəfə qoşulanlara ilk 7 gün pulsuz istifadə imkanı hədiyyə edilir.
Ətraflı məlumat və uşaq paketinə daxil olan kanalların siyahısı ilə tanış olmaq üçün 177 nömrəsinə zəng etmək olar.
“Azercell”in “Mobil TV” xidməti abunəçilərinə istədikləri yerdə istədikləri zaman sevilən kanalları canlı olaraq izləmək imkanı verir. Qeyd edək ki, “İdman Paketini” də ayrıca təqdim edən “NNTV” tətbiqi 200-dən çox baxımlı telekanalı əhatə edir.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb