×
A
A
A
Sazlamalar

Azərbaycanda bu gün COVID-19-a yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 4006 test aparılıb

Bakı, 28 may, AZƏRTAC

Mayın 28-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4006 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 284 min 669-a çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.
Həmçinin bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstələrin sayı 1681-ə bərabərdir. Xəstələrdən 79 nəfəri reanimasiyadadır ki, onlardan da 20-si süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, mayın 28-də Azərbaycanda koronavirusa daha 191 yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954-cü və 1956-ci il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 4 min 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 22 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1681 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Səhiyyə 2020-05-28 22:19:00