×
A
A
A
Sazlamalar

“Boy çiçəyi və ya sən həmişə mənimləsən” tamaşası yenidən göstəriləcək

Bakı, 2 may, AZƏRTAC

Mayın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “facebook” səhifəsində “Boy çiçəyi və ya sən həmişə mənimləsən” tamaşası onlayn qaydada nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər - direktoru, Xalq artisti Azər Paşa Nemətovdur.
Səhnə əsərində əsas rolları Xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Elnar Qarayev, Rada Nəsibova və Fəridə Əliyeva ifa edəcək.
Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.
Qeyd edək ki, tamaşa ilk dəfə 2011-ci il noyabrın 2-də teatrsevərlərin ixtiyarına verilib.

Teatr və kino 2020-05-02 11:50:00