×
A
A
A
Sazlamalar

“Azərkosmos”: Peykləri idarə edən əməkdaşlar dünyanın istənilən nöqtəsindən müraciət edən müştərilərin sorğularını cavablandırırlar

Bakı, 11 aprel, AZƏRTAC

“Azərkosmos” ASC-nin peykləri idarə edən əməkdaşları gün ərzində dünyanın istənilən nöqtəsindən müraciət edən müştərilərin sorğularını cavablandırırlar.
ASC-dən AZƏRTAC-a bildirilib ki, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində “Azərkosmos”un əksər əməkdaşlarının onlayn rejimdə işləməsinə baxmayaraq, texniki heyət hər an iş başındadır. Onlar həftənin 7 günü və 24 saatı fasiləsiz olaraq növbəli rejimdə peyklərin sazlığını nəzarətdə saxlayırlar. Peykləri idarə edən əməkdaşlar gün ərzində dünyanın istənilən nöqtəsindən müraciət edən müştərilərin sorğularına operativ cavab verir və keyfiyyətli xidmət göstərməkdə davam edirlər.

İKT 2020-04-11 16:53:00