×
A
A
A
Sazlamalar

Tibb Universitetinin həkimləri də koronavirusla mübarizə tədbirlərində iştirak edirlər

Bakı, 6 aprel, AZƏRTAC 

Qlobal bəlaya çevrilən koronavirusla mübarizədə səhiyyə işçilərinin rolu danılmazdır. Azərbaycan həkimləri də bu çətin dönəmdə öz fədakarlıqlarını nümayiş etdirirlər.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə karantində olan insanların müayinəsində, eləcə də, bu virusa yoluxanların müalicəsində universitetin həkimləri, klinikalarının personalı və könüllü tələbələri də iştirak edirlər.
Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uxan şəhərində aşkarlanan və sonradan digər ölkələrdə də yayılan koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik virus elan olunub. Bu infeksiya bir neçə ay ərzində demək olar ki, bütün ölkələri, qitələri bürüyüb.
Azərbaycanda kononavirusun yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər görülüb. Ölkəmizdə həyata keçirilən əks-epidemik tədbirlər bu gün də davam etdirilir.

Səhiyyə 2020-04-06 11:42:00