×
A
A
A
Sazlamalar

Operativ Qərargah: Azərbaycanda koronavirusa daha 41 yoluxma faktı qeydə alınıb

Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına daha 41 yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərin orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər həyatını itirib, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Səhiyyə 2020-04-02 12:00:00