×
A
A
A
Sazlamalar

Keçən il Tovuzda 220 milyon 49 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib

Tovuz, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC

Tovuz rayon iqtisadiyyatının 45,6 faizini kənd təsərrüfatı təşkil edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən il rayon üzrə 220 milyon 49 min manat dəyərində 385 min 113 ton kənd təsərrüfatı məhsulları, o cümlədən 50 min 52 ton dənli bitkilər istehsal edilib.
Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə 0,3 faiz ataraq 32,4 sentner, buğdanın məhsuldarlığı isə 33 sentner olub.

Kənd təsərrüfatı 2020-02-24 15:39:00