×
A
A
A
Sazlamalar

Yanvarda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 101,8 faiz olub

Bakı, 24 fevral, AZƏRTAC

Yanvar ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 101,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 102,7 faiz, heyvandarlıq məhsulları üzrə isə 101,1 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi dekabr ayına nisbətən 100,0 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi isə 100,3 faiz olub.

Kənd təsərrüfatı 2020-02-24 11:41:00