×
A
A
A
Sazlamalar

Keçən il ölkədə 3019 istixana fəaliyyət göstərib

Bakı, 22 fevral, AZƏRTAC

2019-cu ildə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 3019 istixana fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin istixanalarda 216 min 586 ton pomidor, 16 min 685,8 ton xiyar, 5 min 439,1 ton badımcan, 269 ton bibər, 69,3 ton soğan, 5,4 ton lobya, 4 ton kələm, 1,7 ton sarımsaq, 574,4 ton göbələk və 69,2 ton çiyələk istehsal olunub.
Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Masallı və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.
Bu ilin yanvarında respublikada örtülü torpaq sahələrindən 18 min ton tərəvəz toplanıb.

 

Kənd təsərrüfatı 2020-02-22 10:50:00