×
A
A
A
Sazlamalar

Dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün seminar keçiriləcək

Bakı, 21 fevral, AZƏRTAC

Martın 3-də dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün pentestinq, yəni nüfuz üzrə praktik seminar təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) direktoru Rauf Cabarov deyib.
"İKT LAB və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək seminarı tanınmış rusiyalı kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin aparacaq. Seminarda “pentest”in növləri, metodikası, texnoloji həlləri təqdim ediləcək”, - deyə R.Cabarov diqqətə çatdırıb.

 

İKT 2020-02-21 13:20:00