×
A
A
A
Sazlamalar

Yanvar ayı ərzində 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb

Bakı, 20 fevral, AZƏRTAC
Yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb. Bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir.
AZƏRTAC xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev fevralın 20-də keçirilən mətbuat konfransında bu barədə məlumat verib.
Zaur Əliyev, həmçinin deyib: “Ən çox müraciət edilən xəstəliklərə gəldikdə, fevralın 15-dək müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Bu xəstəlik üzrə 12 min 182 müraciət qeydə alınıb. Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış (7189), yüksək qan təzyiqi (6215), digər ümumi baxışlar (5372), insulindən asılı olmayan şəkərli diabet (5231) və s. xəstəliklər yer alır”.

Səhiyyə 2020-02-20 13:13:00