×
A
A
A
Sazlamalar

“Metamorfoza” maraqla qarşılanıb

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrı repertuarında maraqlı tamaşalardan sayılan “Metamorfoza”nı növbəti dəfə təqdim edilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yazıçı S. Haqverdiyevanın əsəri əsasında hazırlanan səhnə əsəri rejissor Günay Səttarın quruluşunda təqdim olunub.
Tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış ediblər.
A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında izlənilən səhnə əsərinin xronometrajı 75 dəqiqə olub. Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdə “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün özlərindən uzaqlaşırlar.
Səhnə əsərinin məramı belədir: sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.

Teatr və kino 2020-02-16 19:18:00